"Türkiyədəki suriyalı qaçqınlar Afrinə qayıdır"


Dünya 23 Mar 2018 10:41:00 418 0

"Türkiyədəki suriyalı qaçqınlar Afrinə qayıdır"

Məcbur olaraq Afrini tərk edərək Türkiyəyə yerləşmiş suriyalı qaçqınlar evlərinə qayıtmağa başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahının başçısı Hulusi Akar bildirib.

Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində dinc sakinlərin heç bir zərər görməmələrinə xüsusi diqqət ayırıb.