Azərbaycanda müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq


Digərləri 22 Mar 2018 20:12:00 274 0

Azərbaycanda müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Peşə təhsili və təlimi sistemində nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək işəgötürənlərlə tərəfdaşlıq əlaqələri çərçivəsində müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar yaradılmış işçi qrup tərəfindən dövlət peşə təhsili müəssisələrinin infrastrukturu, maddi-texniki bazası qiymətləndirilib.

Əmək bazarında tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrlar hazırlaya biləcək 10 pilot peşə təhsili müəssisəsi seçilib. Seçilmiş pilot peşə təhsili müəssisələrinin 2020-ci ilə qədər müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün onların əsaslı təmiri və tikintisi nəzərdə tutulub.