Bəzi xəstəliyi olan insanlar bayramda qidalanmaya diqqət etməlidir


Digərləri 22 Mar 2018 20:04:00 363 0

Bəzi xəstəliyi olan insanlar bayramda qidalanmaya diqqət etməlidir

Novruz bayramı ilə əlaqədar olaraq süfrələrdə bir həftə boyunca şirniyyatlar əksik olmayacaq. Ancaq bu şirniyyatlardan heç də hamı istədiyi kimi istifadə edə bilməyəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, buna səbəb bəzi xəstəliyi olan şəxslərin şirniyyatlardan çox həcmdə istifadənin sonradan ciddi fəsadlara səbəb olmasıdır. Həkimlər bildirir ki, bayram qidalarını yeməyə əks-göstərişi olan insanlar bayram ərəfəsində hər zamankından daha diqqətlə qidalanmalıdırlar. Öd problemləri olanlar xüsusilə ehtiyatlı olmalıdırlar.

Ancaq siyahı bununla da bitmir. Şirniyyat, digər yağlı və ağır yeməklərdən uzaq durmayan bir sıra xəstəlik daşıyıcısı olanlar həkimə müraciət etmək məcburiyyətində qala bilərlər.


Xəbərə aid video