Ermənistan Novruz bayramı günlərində atəşkəsi pozaraq əsl simasını nümayiş etdirir - XİN


Digərləri 22 Mar 2018 16:41:59 265 0

Ermənistan Novruz bayramı günlərində atəşkəsi pozaraq əsl simasını nümayiş etdirir - XİN

"Bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərləri, sülh, barış, anlaşmadan danışarkən, Ermənistan əsl simasını nümayiş etdirərək atəşkəsi pozmaqda davam edir".

Bakı. Ləman Zeynalova - "Bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərləri, sülh, barış, anlaşmadan danışarkən, Ermənistan əsl simasını nümayiş etdirərək atəşkəsi pozmaqda davam edir". Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb. "Ermənistan Novruz bayramı günlərində atəşkəsi pozaraq əsl simasını nümayiş etdirir", - deyən H.Hacıyev bu gün 98, ötən gün isə 101 dəfə atəşkəsin pozulduğunu qeyd edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin