“Doğma Bulvarda” “Bahar Nağılı”! FOTO


Digərləri 22 Mar 2018 16:16:00 261 0

“Doğma Bulvarda”  “Bahar Nağılı”!  FOTO

Əziz həmyerlilərimiz və paytaxtımızın qonaqları! Bakı Dənizkanarı Park - Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqı, böyük məmnuniyyətlə, sizə bildirmək istəyirlər ki, "Doğma Bulvarımız" bütün bayram həftəsi ərəfəsində uşaqlar və valideyinlər üçün unudulmaz Bahar Nağılı təşkil edəcək.

Hər gün 21 martdan 26-na kimi saat 15:00 - dan 18:00 - dək uşaqları müxtəlif cizgi film qəhrəmanları gözləyəçək. Onlardan Uşaq və Karloson, Maşa və Ayı öz sərgüzəştləri ilə, Cırtdan və Bahar qızı uşaqlarla əl-ələ tutub rəqs edərək onlara yaz hədiyyə edəcəklər, ölkənin ən yaxşı animatorları Karib Dənizinin Quldurları kostymlarında uşaqlarla əyləncəli oyunlar keçirəcəklər.


Xəbərə aid fotolar