Gəncədə Novruz bayramı belə qarşılandı VİDEO


Digərləri 22 Mar 2018 12:45:00 238 0

Gəncədə Novruz bayramı belə qarşılandı  VİDEO

Adətə görə, Novruzda insanlar bir-birilərinə qonaq gedər, sovqat aparar, bayramı məhz evdə qarşılayardılar

.

Hazırda isə vəziyyət bir qədər dəyişib. Müasir dövrdə insanlar baharın gəlişini nəinki evdə - süfrə başında, hətta ölkələri, şəhərləri gəzərək qeyd edirlər. Yerli və əcnəbi turistlərin daha çox üz tutduğu yerlərdən biri də keçmiş və gələcəyin qovşağında yerləşən Gəncə şəhəridir.

Burada fərqli məkanlarda hiss olunan bayram ab-havası insanlara əsl Novruzu hiss etməyə kömək edir. Belə olduqda isə həm yerli əhali, həm də qonaqlar bayramdan maksimum dərəcədə zövq alırlar.

Yeni Gəncənin təqim etdiyi video-materialda bayram adət-ənənələrindən tutmuş təbriklərə, niyyətlərə qədər hər bir incəlik öz əksini tapıb. Niyyət bayramınız, Novruzunuz mübarək!