Bu şəxslərin maaşları artırılıb


Digərləri 22 Mar 2018 12:10:00 241 0

Bu şəxslərin maaşları artırılıb

Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. 

Qərara əsasən, Nazirlər Kabinetinin "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" qərarında dəyişiklik edilib. 

Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib: