Qəddafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazırdır


Dünya 22 Mar 2018 08:28:00 252 0

Qəddafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazırdır

Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi atasının Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin prezident kampaniyasını maliyyələşdirməsi haqqında dəlil və sübutlar göstərməyə hazır olduğunu bildirib.

Son.az "Report"a istinadən bildirir ki, Seyf əl-İslam Qəddafi maliyyə vəsaitlərinin Sarkozinin Tripolidəki seçki qərargahının keçmiş başçısı Klod Quanta çatdırılmasının şahidi olub.

Qəddafinin ailəsi Liviyanın dağılmasında iştirak etdiyi üçün Sarkozinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Xatırladaq ki, martın 20-də hüquq-mühafizə orqanları tətəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi martın 21-də axşam sərbəst buraxılıb.