Ukrayna yaxın 10 ildə NATOnun üzvü olacaq


Dünya 22 Mar 2018 08:16:00 213 0

Ukrayna yaxın 10 ildə NATOnun üzvü olacaq

Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko "Hamburger Abendblatt" nəşrinə müsahibəsində bildirib.

Poroşenko əmin edib ki, 2019-cu ilin sonuna qədər alyansın üzvü olmaq üçün ölkəsi fəaliyyət planını alacaq.

O, hesab edir ki, Ukrayna alyansa üzv olacağı təqdirdə NATO həmişəkindən daha effektiv və güclü olacaq. "Ukrayna alyansa daxil olmaq üçün tələb olunan bütün kriteriyaları daha da tez həll etmək istəyir", - deyə Poroşenko bildirib.