Dneprdə Azərbaycanla bağlı park və Mədəniyyət mərkəzinin açılması müzakirə edilib FOTO


Digərləri 21 Mar 2018 15:44:00 274 0

Dneprdə Azərbaycanla bağlı park və Mədəniyyət mərkəzinin açılması müzakirə edilib  FOTO

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatov arasında görüş olub.

Azərbaycanın Ukraynadakı Səfirliyindən Son.az-a verilən məlumata görə, görüşdə səfir qeyd edib ki, Azərbaycanın tanınmış şirkətləri Dnepr şəhərinin iri layihələrinə investisiya qoymağa hazırdır. A.Xudiyev bildirib ki, Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir. Azərbaycanın qapıları Ukrayna sərmayəçilərinin üzünə açıqdır.

Dnepr şəhərində yaşayan azərbaycanlıların şəhərin ictimai, siyasi, iqtisadi layihələrində aktiv olduğunu deyən Boris Filatov deyib ki, Administrasiya rəhbərliyi Azərbaycan şirkətlərinə investisiya qoyuluşuna hər cür köməklik göstərməyə hazırdır.

Dnepr şəhər meri, həmçinin keçən əsrin əvvəllərində - 1905-ci ildə inşa olunan qədim türk məscidinin yenidən bərpasına Azərbaycan şirkətlərini dəvət edib.