"Bu gün evlənib, sabah boşanırlar" İsmayıllının 13 uşaqlı ailəsinin firəvan həyatı VİDEO FOTO


Digərləri 21 Mar 2018 15:20:00 292 0

"Bu gün evlənib, sabah boşanırlar"  İsmayıllının 13 uşaqlı ailəsinin firəvan həyatı  VİDEO  FOTO

9-u oglan 4-ü qız olmaqla 13 övlad sahibi olan Sadıqovlar ailəsi İsmayıllı rayonunun Qəzli kəndində yaşayır.

Son.az ARB Şəki-yə istinadən xəbər verir ki, Cavanşir dayının ailəsi respublikada olan çoxuşaqlı ailələrdən hesab olunur.

13 övladı boya başa çatdırıb, nəvə nəticə sahibi olan Cavanşir dayının 32 nəvə, 5 nəticəsi var. Övladlarının arasında dövlət işçiləri, vətən keşiyində olan da var, Azərbaycanın adını başqa ölkələrdə ucaldan da. Nəticəsinin avropa və dünya çempionatlarında Azərbaycan bayrağını qaldırdığını fəxrlə söyləyən Cavanşir dayı deyir ki, onun üçün ailə üzvlərinin hər birinin öz yeri var. Həyatın keşməkeşləri, çətinlikləri ailəni daha da gücləndirib, möhkəmləndirib. Övladlarının, nəvələrinin adlarını bəzən səhv saldıqlarını xos təəssüratlarla yada salan Cavanşir dayı həyat yoldaşı Firqiyyə xanım ilə birlikdə özlərini ən xoşbəxt insanlardan biri hesab edirlər. Aralarında olan hörməti, xoş münasibəti qoruyub saxlıyan ailə, gənc ailələrə də məsləhəti unutmadılar.


Xəbərə aid fotolar