Kerem və Serenay vertolyotla ABŞ səmasında FOTO


Digərləri 21 Mar 2018 04:30:00 301 0

Kerem və Serenay vertolyotla ABŞ səmasında  FOTO

Aktrisa Serenay Sarıkaya rol aldığı "Fi-Çi" serialı bitəndən sonra istirahətə gedib.

Son.az axşam.az-a istinadən bildirir ki, Amerikaya gedən aktrisanı sevgilisi Kerem Bursin də tək qoymayıb. Cütlük maşınla ABD gəzintisinə çıxıb. 

Arizona ştatına gedən Kerem və Serenay Böyük Kanyonu, daha sonra isə Beynəlxalq parkı gəzib. Buraları yerdən görməkdən doymayan cütlük vertolyot kirayə götürüb. Onlar saatı 1500 lirə (təxminən 700 manat) olan vertolyotla ərazini səmadan izləyiblər.


Xəbərə aid fotolar