Hamiləlikdə düzgün qidalanma


Digərləri 20 Mar 2018 22:50:00 415 0

Hamiləlikdə düzgün qidalanma

Hamiləlik zamanı nizamsız qidalanmaq ananın sağlamlığına ziyan olmaqla yanaşı körpənin də inkişafında problem yaradır. Yetəri qədər qidalanmamaq körpənin inkişafına nə cür mənfi təsir edirsə, həddən çox qidalanmaq da körpənin çox artıq çəkidə doğulmasına və bəzi problemlərlə qarşılaşmasına səbəb olur.

Son.az lent.az-a istinadən xəbər verir ki, iş xanımları hamilə olduqları zaman işdən baş aça bilmədikləri üçün balanslı şəkildə qidalana bilmirlər. Hamiləlik zamanı səhər yeməyi çox vacibdir. Səhər yeməyi zamanı yumurta, süd, pendir, çovdar və ya buğda unundan hazırlanmış çörək yemək xeyirlidir. Qan azlığı ilə problem yaşamamaq üçün tez-tez, az da olsa yemək lazımdır.