Sürücülər məmnun, sərnişinlər isə narazıdır


Digərləri 20 Mar 2018 21:13:00 245 0

Sürücülər məmnun, sərnişinlər isə narazıdır

Bayramla bağlı paytaxtdan rayonlara üz tutan vətəndaşlar avtobusla yanaşı, fərdi qaydada fəaliyyət göstərən taksilərdən də istifadə edirlər. Burda məqsəd həm mənzil başına daha tez çatmaqdır, həm də uzun yolu rahat başa vurmaqdır. Ancaq məsələ burasındadır ki, bəzi taksi sürücüləri bayramı fürsət bilib qiyməti qaldırıblar. Təbii ki, bundan da əziyyət çəkənlər sərnişinlər olurlar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sürücülər məmnun, sərnişinlər isə narazıdır. Paytaxtdan bölgələrə sərnişin daşıyan taksi sürücüləri qiyməti 5-10 manat arasında qaldırıblar.

Bayram istirahətini rayonda keçirmək istəyənlər avtobusla yanaşı, fərdi şəkildə fəaliyyət göstərən taksi xidmətindən də istifadə edirlər. Paytaxtın Nəsimi rayonu "3-cü mikrorayon" dairəsi rayon taksilərinin dayandığı əsas yerlərdəndir.. Bu gün burada xüsusi canlanma vardı.

Sərnişinlər isə deyirlər ki, sürücülərin əksəriyyəti bayramı fürsət bilib qiymətləri qaldırıblar..


Xəbərə aid video