Şəkidə və Göygöldə ağır yol qəzası:


Digərləri 20 Mar 2018 21:07:00 326 0

Şəkidə və Göygöldə ağır yol qəzası:

Dünən də qəzasız ötüşməyib. Bölgələrdə ölümlə nəticələnən ağır yol qəza hadisələri baş verib. Şəkidə və Göygöldə baş verən qəzalarda 4 nəfər ölüb, Goranboyda isə avtobus yolu keçmək istəyən piyadanı vuraraq öldürüb. Hər 3 hadisə isə bağlı araşdırma aparılır.

İdarəetməni itirən sürücü ağaca çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə dünən gecə - saat 23 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Allahverdi Mustafayevin idarə etdiyi minik avtomobili hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən yolun kənarındakı ağaca çırpılıb. Daha sonra maşın yaxınlıqdan keçən qaz xəttinə dəyərək xətti qırıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qəza nəticəsində Şəkinin Kiçik Dəhnə kənd sakinləri - Adəm Adıgözəlov və Murad Həşimov ölüblər. Hər iki şəxsin cəsədi hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı xəsarət alan daha üç nəfər - 29 yaşlı Pərviz Cəmilov, 52 yaşlı Laçın Adamov və 35 yaşlı sürücü Allahverdi Mustavayev isə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralılardan Pərviz Cəmilovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Digər yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar.

Göygöldə də minik avtomobili maneəyə çırpılıb, 2 nəfər ölüb. Hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.


Xəbərə aid video