Qız, yoxsa oğlan?


Digərləri 20 Mar 2018 20:50:00 277 0

Qız, yoxsa oğlan?

Dünyaya gələcək övladın qız yoxsa oğlan olduğu hər kəsə maraqlı gəlir. O zaman doğumdan öncə bunu təxmin edə bilməyiniz üçün bəzi  əlamətləri sizə təqdim edirik.

Son.az bebe.az-a istinadən bildirir ki, son əsrlərdə hamilə qadınlar körpələrinin cinsiyyətini öyrənmək üçün bəzi testlər edir və nəticələrinin doğruluğuna inanırlar. Bəs yaxşı bu testlər olmadığı zamanlarda körpə gözləyən cütlüklər nəyə inanırdı? Onların üsulları amniyosentez və ya ultrason kimi qəti nəticələr verməsə də daha çox əyləncəli idi. İndi bütün analar aynanın qarşısına keçsinlər. Biz sizə körpələrinizin cinsiyyətini ən əyləncəli şəkildə təxmin etməyinizə kömək edəcəyik.

Əgər hamiləliyinizin ilk dövrlərində səhərlər ürək bulanması ilə üzləşməzsinizsə,

körpənizin dəqiqədəki ürək atışının sürəti 140 - dan aşağı olarsa,

qarınız sivri şəkildə böyüyürsə,

döş ucunuzun rəngi nəzərə çarpacaq dərəcədə tündləşirsə,

qarnınız aşağıya doğru böyüməyə başlayarsa,

zülal tərkibli yeməklər arasındansa et və pendirə üstünlük verirsizsə,

ayaqlarınız hamiləlikdən əvvəlki dövrə görə daha soyuq olursa,

əlləriniz çox quru olursa,

yatanda yastığın üzü şimala baxırsa,

sizinlə birlikdə yoldaşınızın da çəkisi artırsa,

əvvəl olduğunuzdan daha gözəl görünürsünüzsə,

ayaq tükləriniz daha sürətlə uzanırsa,

sidiyiniz sapsarı olubsa,

burnunuz böyüyübsə,

baş ağrılarınız olursa,

evlilik üzüyünüzü bir ipə bağlayıb qarnınızın üzərinə tutduqda, ip havada dairə şəkli çəkirsə,

hamilə qaldığınız yaşınız ilə hamilə qaldığınız ayın cəmini topladıqda  nəticə cüt say çıxarsa,