Trampdan Novruz təbriki


Dünya 20 Mar 2018 19:31:00 250 0

Trampdan Novruz təbriki

ABŞ prezidenti Donald Tramp Novruz bayramını qeyd edən hər kəsi baharın gəlişi münasibətilə təbrik edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Novruz bayramının mənşəyinin İrandan gəldiyini qeyd edən Tramp daha sonra həmin ölkəni sərt tənqid edib:

"Bu gün İran xalqa xidmət etmək əvəzinə, özlərinə xidmət edən məmurlar kimi bir çox problemlərlə qarşı-qarşıyadır. Bundan 2 min 500 il əvvəl fars kralı Dara Allahdan İran xalqını düşmən, quraqlıq və yalançılıqdan qorumağını istəmişdi. Ancaq bu gün İran ordusu bu üçünü də təmsil edir".