Avropa İttifaqı ABŞın İT şirkətlərini vergiyə cəlb edəcək


Digərləri 20 Mar 2018 19:15:00 270 0

Avropa İttifaqı ABŞın İT şirkətlərini vergiyə cəlb edəcək

Avropa Komissiyası "Apple", "Google" və "Facebook" da daxil olmaqla, ABŞ-ın iri İT şirkətlərinin üzərinə təxminən 3%-lik gəlir vergisi qoymaq istəyir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar layihəsi hazırlanıb. Dünya üzrə ildə 750 milyon avrodan çox, Avropada isə 50 milyon avrodan çox gəliri olan şirkətlər 1%-dən 5-ə qədər vergi tutulacaq. Qərarın gələn həftə qəbul olunacağı gözlənilir. Vergiyə "Amazon", "Apple", "Facebook", "Google", "Uber", "Airbnb" və digər şirkətlərin cəlb olunacağı gözlənilir. Bu "rəqəmli vergi" Aİ ilə iri şirkətlər arasında ikitərəfli əsasda razılıq əldə edilənə qədər, yəni müvəqqəti qüvvədə qalacaq.