Öpüşmənin zərərləri


Digərləri 20 Mar 2018 17:55:00 267 0

Öpüşmənin zərərləri

İnsanlar öpüşərkən orqanizmdə oksitosin hormonu artır. Bu hormon insanların özünü xoşbəxt hiss etməsinə səbəb olur.

Son.az immunitet.az-a istinadən bildirir ki, öpüşmək insan psixologiyasına xoş təsir bağışlayır. Yaxşı tərəfləri ilə yanaşı, öpüşmənin zərərli tərəfləri də var. Bunlar aşağıdakılardır: - Öpüşən cütlüklər bir-birinə 250-dən çox bakteriyanı ötürürlər. - Əgər cütlüklərdən biri başqa biri ilə də öpüşürsə bakteriyaların sayının artma riski böyük olur. - İnsan ağzında hər bir xəstəliyinin izlərini daşıyır, cinsi xəstəliklər öpüşmə yolu ilə də yoluxa bilir. - Öpüşənlərdən birində infeksion xəstəlik varsa, digərinə də yoluxdurur. - Stomatit, herpes kimi xəstəliklər ağız vasitəsilə yoluxa bilir. - Dodaqlar dəridən daha həssas olur. Öpüşmələr tez-tez təkrarlanarsa və ya bir-neçə dəqiqə baş verərsə dodağın dərisi çatlayar və çatlardan infeksiya düşüb infeksiyalaşa bilər. Son.az