Ford dizel ilə işləyən pikap təqdim etdi FOTO


Digərləri 20 Mar 2018 16:30:00 394 0

Ford dizel ilə işləyən pikap təqdim etdi  FOTO

Bir sıra elanlardan sonra Amerikanın Ford Motor şirkəti rəsmi olaraq dizel ilə işləyən pikap Ford F-150 Diesel təqdim edib. Güman edildiyi kimi, avtomobil 3,0-litrlik V6 Power Stroke mühərriki alıb.

Son.az avto.az-a istinadən bildirir ki, hələ bir il əvvəl Amerikan brendi vəd etmişdi ki, müştərilər bu yaxınlarda dünyanın ən məşhur pikapının dizel variantını əldə edə biləcəklər. İndi isə bu, reallığa çevrilib.

İstehsalçının sözlərinə görə, 3,0-litrlik dizel mühərriki V6 Power Stroke 250 a.g.-ə, 470 Nm-ə malikdir. Təəssüf ki, yeni pikap barədə ətraflı məlumat yoxdur.


Xəbərə aid fotolar