iPhone buraxılışı dayandırılıb


Digərləri 20 Mar 2018 16:15:00 229 0

iPhone buraxılışı dayandırılıb

ABŞ-ın "Apple" şirkətinin Çində yerləşən zavodunda "iPhone" smartfonlarının istehsalı ikihəftəlik müddətə dayandırılıb.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, istehsalın dayandırılmasına səbəb smartfonların istehsalı zamanı baş verən pozuntu halları olub. Belə ki, Kunşan şəhərində yerləşən zavodda smartfonlarda şirkət tərəfindən sertifikatlaşdırılmayan istehsalçının sukeçirməz komponentlərindən istifadə edilib.

Bildirilir ki, hər beşinci "iPhone 8 Plus" modeli Çinin "Wistron" şirkəti tərəfindən istehsal olunur, digər smartfon modellərinin istehsalı ilə Tayvanın "Foxconn" şirkəti məşğul olur.