Azərbaycan rəqsləri Avropanı fəth etdi FOTO


Digərləri 20 Mar 2018 15:31:00 276 0

Azərbaycan rəqsləri Avropanı fəth etdi  FOTO

Moskvada keçirilən ənənəvi ( folklor ) rəqs üzrə Avropa Çempionatı 53 ölkədən iştirakçıları toplayıb.

Son.az Trend-ə istinadən bildirir ki, 5 mindən çox iştirakçı münsiflər heyətinə və tamaşaçılara  kompozisiyalar təqdim edib. Azərbaycan üç yaş kateqoriyasında və dörd nominasiyada kollektivləri təmsil olunub. Uşaqlar və yeniyetmələr üzrə №5 saylı Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin "Zirvə" ansamblı, yuvenallar və uşaqlar yaş kateqoriyasında "Jam SS" ansamblı yarışa qatıldılar. Üç günlük mübarizənin nəticələrinə görə, Azərbaycanın mükafat qutusuna ikinci və üçüncü yerlər əlavə olundu.

2 yer - Hüseyinli Nuray, Quluzadə Ayla ( "Nəlbəki" rəqsi ) - "Zirvə" rəqs ansamblı. 2 yer - Jam SS -  kiçik yaş qrupu -  yuvenallar ("Qaval" rəqsi). 3 yer - Məmmədova Nərgiz, Zeynalov Rasim ( məzəli rəqs "Ay xanım" ) - "Zirvə" rəqs ansamblı. Avropa Çempionatının hakimlik xəttində Azərbaycanı Azərbaycan Gənclər İttifaqının sədir  müavini, Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov təmsil edib.


Xəbərə aid fotolar