Blokçeynə abidə qoyuldu


Digərləri 20 Mar 2018 15:15:00 296 0

Blokçeynə abidə qoyuldu

Sloveniyanın Kran şəhərində dünyada ilk dəfə blokçeyn texnologiyasına abidə qoyulub.   Son.az ICTnews-a istinadən bildirir ki, metal konstruksiyadan bitkoin loqotipi formasında hazırlanmış abidənin çəkisi 3 tondur.

Bu abidənin Kran şəhərində qoyulması təsadüfi deyil. Şəhərin meri Boştyan Trilyarın sözlərinə görə, yerli sakinlər kriptovalyutadan aktiv istifadə edirlər. Həmçinin şəhərdə blokçeynlə sıx bağlı olan yüksəktexnologiyalı biznes sahəsində fəaliyyət göstərən bir neçə şirkət var.