Kitabı tanıdın, kitabla tanının! VİDEO FOTO


Digərləri 20 Mar 2018 13:36:00 264 0

Kitabı tanıdın, kitabla tanının!  VİDEO  FOTO

Tanınmışlar üçüncü Buktreyler Festivalında iştirak etməyə dəvət etdi

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin və Azercellin tərəfdaşlığı, Libraff kitab mağazaları şəbəkəsinin dəstəyi ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Azərbaycanın görkəmli və tanınmış insanları - Rafiq Əliyev (aktyor ve rejissor, xalq artisti), Həmidə Ömərova (aktrisa, xalq artisti), Ayaz Salayev (kinorejissor, kinoşünas, əməkdar incəsənət xadimi), Orxan Fikrətoğlu (yazichi, kinodrammaturq, əməkdar incəsənət xadimi), Sənubər İsgəndərli (aktrisa, əməkdar artist), Bəhram Bağırzadə (əməkdar artist), Murad Dadaşov (tele-prodüser, əməkdar artist), Nərgiz Cəlilova (tele-aparici, əməkdar artist), Rahib Azeri (tv ve radio aparıcı), Azer Qərib (seyyah) gəncləri Azərbaycanda keçiriləcək III Buktreyler Festivalında iştiraka səsləməklə festivala dəstək oldular:

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir.

Son müraciət tarixi: 8 Aprel, 2018


Xəbərə aid video


Xəbərə aid foto