Rusiyalı model Dubayda özünü altıncı mərtəbədən atdı FOTO


Digərləri 20 Mar 2018 10:24:00 257 0

Rusiyalı model Dubayda özünü altıncı mərtəbədən atdı  FOTO

Dubayda İrkutskdan olan rusiyalı model Yekaterina Stetsyuk, onu öldürməyə çalışan şəxsdən xilas olmağa çalışan zaman özünü altıncı mərtəbədən atıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Life.ru" məlumat yayıb.

Məlumata görə, Stetsyuk möcüzəvi şəkildə sağ qalsa da, onurğa sümüyünü sındırıb və hazırda hərəkəti məhdudlaşıb; başını belə döndərə bilmir.

Modelin üzərində artıq iki dəfə cərrahiyə əməliyyatı aparılıb. Onun sağalacağı bildirilir, belə ki, yerə yıxılan zaman onurğa beyni zədələnməyib.


Xəbərə aid fotolar