Samsung Galaxy S10 üzdən tanıyacaq


Digərləri 20 Mar 2018 10:15:00 289 0

Samsung Galaxy S10 üzdən tanıyacaq

Koreyalılar növbəti nəsil "Galaxy S" smartfonuna ekranın blokdan çıxarılması üçün daha bir sistem əlavə edə bilərlər.   Son.az ICTnews-a istinadən bildirir ki, "Samsung"un təchizatçısı olan İsrailin "Mantis Vision" şirkəti sifətin 3D skan edilməsi sistemi üzərində işləyir. Bu haqda şirkətin hesabatına istinadən Çinin "The Korea Herald" nəşri məlumat verib.   Bundan başqa, İsrailin startapı smartfonun blokdan çıxarılması məqsədilə yeni sistem hazırlamaq üçün "Namuga" şirkəti ilə əməkdaşlıq edir. "The Bell" nəşrinin məlumatına görə, Koreya startapı 3D skan etmə sisteminin proqram təminatı ilə məşğul olur.   Son.az