İranda sufi liderin tərəfdarına ölüm cəzası kəsilib


Dünya 20 Mar 2018 09:56:00 258 0

İranda sufi liderin tərəfdarına ölüm cəzası kəsilib

İranda sufi liderin tərəfdarına ölüm cəzası kəsilib. O, ötən ay avtobusu polis əməkdaşlarının üzərinə sürərək üç nəfəri öldürməkdə təqsirli bilinib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu insident Tehranda ötən ay Qonabadi sufilərinin lideri Nurəli Tabandehin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşma zamanı baş verib.

IRNA rəsmi xəbər agentliyi martın 19-da yazıb ki, məhkum Məhəmməd Reza Salas 20 gün ərzində apellyasiya şikayəti verə bilər.

Salas ötən həftə məhkəmədə deyib ki, polis əməkdaşlarını qəsdən öldürməyib, o, toqquşma ərazisindən uzaqlaşmağa çalışırmış.