Həzrət Fatimə İmam Əlini necə tanıdır?


Digərləri 20 Mar 2018 09:40:00 251 0

Həzrət Fatimə İmam Əlini necə tanıdır?

Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək dilindən Əhli-Beyti (ə) və o cümlədən, İmam Əlini (ə) tanıyaq, Xanımın (s.ə) elm bulağından bir az bəhrələnək.

Xanım Fatimeyi-Zəhra (s.ə) buyurub: "Biz Peyğəmbərin (s) Əhli-Beyti (ə) - Allahın xəlqlə rabitə vasitəsiyik.

Biz - Allahın pak və müqəddəs seçilmişləriyik.

Biz - hüccət və yol göstərən olacağıq.

Biz - İlahi peyğəmbərlərin (ə) varisləriyik".

Son.az deyerler.org-a istinadən bildirir ki, Xanım Zəhra (s.ə) İmam Əlini (ə) tanıdan zaman buyurur: "O, İlahi və rəbbani rəhbərdir. Nur və aydınlıq mücəssiməsidir. Bütün varlıqların və ariflərin diqqət mərkəzindədir. Pak ailədən olan pak övladdır. Haqqı deyən və hidayət edəndir. O, imamət və rəhbərliyin mərkəzidir".

Xanım (s.ə) buyurub:

"Həzrət Muhəmməd (s) və Əli (ə) - bu ümmətin valideynləridir. Əgər o ikisinin ardıcılı olsalar, dünya hadisələrindən və axirətin həmişəlik əzabından nicat taparlar. Behiştin müxtəlif nemətlərindən bəhrələnərlər".

"Hər kim ibadət və əməllərini Allah üçün xalis yerinə yetirərsə, Allah ən üstün məsləhət və bərəkətləri onun üçün təqdir edər".