Parisdə 2020ci ildən ictimai nəqliyyat pulsuz ola bilər


Dünya 20 Mar 2018 08:24:00 294 0

Parisdə 2020ci ildən ictimai nəqliyyat pulsuz ola bilər

Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo 2020-ci ildə ictimai nəqliyyatdan istifadəni pulsuz etmək niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, A.İdalqo bu barədə "Echo" qəzetinə müsahibəsində deyib.

O, qeyd edib ki, 2018-ci ilin yayına kimi bütün şəhər ərazisində pulsuz ictimai nəqliyyatın iqtisadi modelini öyrənmək və müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar 2020-ci ildə qabul oluna bilər.