Uşaqları o şirniyyatlardan uzaq tutun


Digərləri 19 Mar 2018 23:34:00 430 0

Uşaqları o şirniyyatlardan uzaq tutun

Novruz bayramı xalqımızın ən qədim və gözəl bayramlarından biridir. Bayrama məxsus xeyli zəngin adət-ənənələrimiz mövcuddur. Baharın, yazın gəlişini, torpağın oyanışını simvolizə edən Novruz həm də bolluq bayramıdır. İnsanların həm mənəvi, həm də fiziki baxımdan saflaşmasını özündə birləşdirir. Bütün evlərdə təmizlik işləri aparılır, ehtiyacı olanlara əl tutulur, Novruz payı hədiyyə edilir. Hər kəs çalışır ki, bayram süfrəsi zəngin olsun. Bu isə qarşıdakı illərin bolluq içərisində keçməsinə bir işarədir. Al-əlvan boyanmış yumurtalar, üstü badamlı paxlavalar, ay şəkilli şəkərburalar, günəşi təmsil edən şor qoğal, zəfəranlı plov və daha nələr, nələr bəzəyir bayram süfrələrini. Novruz süfrəsində olan şirniyyatların əksəriyyətində allergiya üçün münbit şərait yaradan yumurta, şəkər, süd kimi məhsullardan bolluca istifadə olunur. Təəssüf ki, son zamanlar doğulan uşaqların əksəriyyəti allergiyadan əziyyət çəkir. Bəs necə etmək lazımdır ki, uşaqlar bayram şirniyyatları dadsınlar, amma onlarda hər hansı bir fəsad yaranmasın? Son.az ailem.az-a istinadən bununla bağlı pediatr Aytən İsmayılzadənin məsləhətlərini diqqətinizə çatdırır.

"İldə bir dəfə olan şeydir, heç nə olmaz..."

Həkim deyir ki, Novruz bayramı bizə milliliyimizi tanıtdıran gözəl bir bayramdır. Amma bu zaman şirniyyatlara, təamlara, çərəzlərə köklənmək çox səhv yanaşmadır, hətta zərərlidir: "Şirniyyatların insan orqanizminə zərərli olması barədə böyüklərin məlumatları var, amma uşaqlar bundan xəbərsizdir. Buna görə də valideynlərin bilməli olduğu bəzi məqamlar var. "İldə bir dəfə olan şeydir, heç nə olmaz" deyə düşünənlər də var onların arasında. Amma bu məqamda valideynlər diqqətli olmalıdır".

Pediatr qeyd edir ki, aşağıda sadalanan hallar zamanı uşaqlara bu qidaları ümumiyyətlə vermək olmaz:

- Uşaqda allergik diatez varsa

- Bronxial astmadan əziyyət çəkirsə

- disbakteriozdan əziyyət çəkirsə (nəcis analizində maya göbələyi, "pis" mikroblar çox aşkarlanırsa)

- həzm diskomfortu varsa( köp, sancı, həzmsizlik, qəbizlik. ishal)

- tez-tez öskürəkdən əziyyət çəkirsə

- allergik riniti varsa (burnu sulanır, qaşınırsa)

- uşaq qaytarmağa meyllidirsə

- neyrodermit, atopik dermatit kimi xəstəliyi varsa

- piylənmə, şəkərli diabeti varsa

Süd verən analar şirniyyat yeyərkən diqqətli olmalıdır