Şərq çinarı, sərv, tut ağaclarının kəsilməsi ilə təbiətə 4810 manat ziyan vuruldu


Digərləri 19 Mar 2018 21:00:09 216 0

Şərq çinarı, sərv, tut ağaclarının kəsilməsi ilə təbiətə 4810 manat ziyan vuruldu

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Bakı. Ucar rayonu, Gəraybəyli kəndində qanunsuz kəsilməsi ilə bağlı fakt araşdırılıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Gəraybəyli kənd sakini Surxay Rəhimov tərəfindən ona məxsus istirahət mərkəzinin həyətindəki ağacların icarəçi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları, şikayətçi “Göbələk” istirahət mərkəzinin sahibi və icarəçinin iştirakı ilə yerində araşdırılıb. Sözügedən istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı yaşköküstə 5-40 sm diametrliyində 28 ədəd müxtəlif cinsli (şərq çinarı, qovaq, söyüd, sərv, qarağac, tut, armud, əncir, heyva, albalı) ağacların kəsildiyi məlum olub.