Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlandı


Digərləri 19 Mar 2018 17:18:00 220 0

Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlandı

Səhiyyə Nazirliyinin məlumatına əsasən 2017-ci il ərzində 2115 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 30131 (Bakı şəhəri üzrə 12061 nəfər) nəfərə çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycanda narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsində bildirilir.