Ağdamda 53 yaşlı kişi evində diridiri yandı


Digərləri 19 Mar 2018 15:20:00 259 0

Ağdamda 53 yaşlı kişi evində diridiri yandı

Ağdam rayonunda ev yanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Sahəsi 100 kv.m olan dörd otaqlı evdə baş vermiş yanğın zamanı 1965-ci il təvəllüdlü Akif Əvəz oğlu Əliyev yanaraq ölüb. Onun yataq xəstəsi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.