Avropaya daşınması nəzərdə tutulan 52 kiloqramdan çox heroin Azərbaycan gömrüyündə saxlanıldı (FOTO/VİDEO)


Digərləri 19 Mar 2018 14:29:00 205 0

Avropaya daşınması nəzərdə tutulan 52 kiloqramdan çox heroin Azərbaycan gömrüyündə saxlanıldı (FOTO/VİDEO)

Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.

Bakı. Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar. DGK-dan Trend-ə verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı idarə etdiyi "Renault" markalı, 37B527/8-10 nömrəli yük nəqliyyat vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Niderland Krallığına "kiçik ölçülü transformatorlar" yükünü apararkən Astara Gömrük İdarəsinin idxal nəzarət xəttində saxlanılıb. Sürücü ilə şifahi sorğu-sual aparılaraq idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, qanunla dövriyyəsi qadağan edilən, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının olub-olmaması soruşulub. O isə idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunan heç bir predmetin olmadığını bildirib. Bundan sonra nəqliyyat vasitəsinə kinoloji xidməti iti tətbiq edilməklə baxış keçirilib. Baxış zamanı xidməti it yük maşınının qoşqusunun təkərlərinə reaksiya verib. Bu səbəbdən iki nəfər hal şahidinin iştirakı ilə qoşqunun təkərləri olan hissəsi təkrar yoxlanılıb. Xüsusi alət və avadanlıqlardan istifadə edilərək qoşqunun təkərləri açılıb. Nəticədə, təkərlərin arasında olan - xüsusi düzəldilmiş oxların içərisində, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən, üç ədəd oxun hər birində 1 ədəd olmaqla, cəmi 3 bağlama aşkar edilib.