Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 36cı sessiyasının iclası keçirilib FOTO


Digərləri 19 Mar 2018 12:24:00 314 0

Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 36cı sessiyasının iclası keçirilib  FOTO

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 36-cı sessiyası keçirilmişdir. Sessiya təşkilatın Bakı şəhərində yerləşən qərargahında baş tutmuşdur. İclasda praktiki olaraq Regionun bütün ölkələrindən nümayəndələr iştirak etmişlər.

Son.az xəbər verir ki, sessiyanı Şuranın rəhbəri, professor Tatyana Anodina açmışdır. Xanım Anodina Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan hökümətinə, ölkənin aviasiya hakimiyyətinə və AZAL QSC-yə Bakı şəhərində Şuranın və onun aparatının işi üçün şəraitin yaradılmasına və qurumun beynəlxalq fəaliyyətinə dəstəyə görə təşəkkürünü bildirmişdir.

Xanım Anodina İCAO Assambleyasının 39-cu sessiyasının qərarlarının yerinə yetirilməsi, İCAO-DAK (Monreal, 2016-cı il) layihəsinin müddətsiz sazişinin, İATA ilə sazişlərin və təşkilatın 90-dan çox mövcud beynəlxalq sazişlərinin həyata keçirilməsi üzrə Dövlətlərarası Şura/DAK-ın işin yekunları və fəaliyyətinin daha da təkmilləşdirilməsi barədə məruzəni təqdim etmişdir. Xanım Anodina Regionda mülki aviasiya sahəsində və dünya aviasiyasında təhlükəsizlik sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə 2018-ci ilin fevral ayında İATA-nın baş direktoru A. de Jünyak ilə keçirilən danışıqların nəticələri barədə məlumat vermişdir.

Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə və AZAL QSC-nin rəhbəri, Dövlətlərarası Şurasının Birinci vitse-prezidenti Cahangir Əsgərov iclas iştirakçılarını salamlamışdırlar.

Şuranın sessiyasında geniş əhatəli məsələlər - İCAO-DAK layihəsinin reallaşdırılmasının gedişatı; Regionda mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin vəziyyəti; aviasiya qaydaları sisteminin təkmilləşdirilməsi və onların bundan sonra da İCAO-nun standartları və İATA-nın tövsiyələri ilə uyğunlaşdırılması; hava hərəkətinin təşkili və aeronaviqasiya təminatının təkmilləşdirilməsi sahəsində Dövlətlərarası Şura/DAK-ın təşəbbüsləri; hava nəqliyyatı fəaliyyətinin liberallaşdırılması, Sazişə üzv dövlətlərin əhalisi üçün aviasiya xidmətlərinin əlçatanlığının artırılması, İCAO və İATA ilə əməkdaşlıqda aviasiya mütəxəssislərinin hazırlanması üzrə beynəlxalq proqramın həyata keçirilməsi; elmi tədqiqat və ekspert fəaliyyətinin inkişafı, DAK-ın maliyyə auditi, Dövlətlərarası Şuranın və DAK-ın fəaliyyətinin daha da təkmilləşdirilməsi kimi məsələlərə baxılmış və müzakirə olunmuşdur.


Xəbərə aid fotolar