Röyadan həmkarlarına barışıq addımı:


Şou-biznes 19 Mar 2018 10:52:00 327 0

Röyadan həmkarlarına barışıq addımı:

Əməkdar artist Röya Ayxan "Xəzər" TV-də yayımlanan "Xəzər maqazin" proqramına müsahibə verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, müsahibə zamanı küsülü olan həmkarlarına barışıq əli uzadan sənətçi öncə "W-trio"nun keçmiş üzvləri, müğənnilər Natavan Həbibi və Elnarədən danışıb.

O bildirib ki, hər iki ifaçını ailəsi kimi görür:

"Küsülü olanda yadımdan çıxır. Mən hər kəsə salam verirəm. Ona görə də içimdə heç kimə qarşı küsülülük yoxdur. O iki qız nə vaxt istəyir küsüb-barışsınlar, mən onlardan heç vaxt küsmürəm. Mənim üçün əzizdirlər, ailəm kimidirlər. Üçümüzün də çox ağır həyatı var. Hamımız çiynimizdə yük daşıyırıq, onlar bilir ki, məndə olan yük isə daha çoxdur".

Röyanın şənbə günü efirə gedən bu açıqlamasından öncə isə "Instagram" hesabında Natavan Həbibinin fotosunu paylaşıb. Ona Anar Ağakişiyevin etdiyi makiyajın çox yaraşdığını deyən Röya şəkilə "Yaraşan və ürəyi açan bir zəhmət" sözlərini yazıb.

"Xəzər maqazin"də ötən ilin sonu "Altın Kelebek" mükafatlarından sonra arasında qalmaqal yaşanan Nigar Camaldan da danışan Ayxan söyləyib ki, Camala əsəbiləşə bilmir:

"Sizə bir söz deyim ki, Nigar yeganə adamdır ki, ona hirslənə bilmirəm. Bilirsiniz, belə pis oldum, doğrudan, çox istəyirdim. Sonra başa düşdüm ki, bu qıza əsəbiləşə bilmirəm. Vallah, onun haradasa tükü var, qopardın onu".  


Xəbərə aid fotolar