"RəştAstara dəmir yolunun təkmilləşməsi 4 ilə yekunlaşacaq"


Digərləri 19 Mar 2018 10:26:00 268 0

"RəştAstara dəmir yolunun təkmilləşməsi 4 ilə yekunlaşacaq"

"Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin hər ikisində çatışmayan hissə Rəşt-Astara  dəmir yolu xəttidir. Bu layihənin təkmilləşməsi ilə Hindistan, İran, Azərbaycan, Gürcüstan və Ukraynaya tranzit yol təkmilləşəcək və bu, çox önəmlidir".

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İran İslam Respublikasının  Dəmir Yolları İdarəsinin rəhbəri Səid Məhəmmədzadə deyib.

İdarə rəisi bildirib ki, proqnozlara görə, Rəşt-Astara dəmir yolu xətti istifadəyə veriləndən sonra yaxın 4 il ərzində 2 milyon ton yükün daşınması mümkün olacaq: "Əlbəttə ehtimal olunur ki, bu dəmir yolu xətti ilə daşınacaq yükün həcmi daha da çox olsun".