Mərkəzi Bank Rəqəmsal İdentifikasiya Sisteminin yaradılmasına başlayıb


Digərləri 19 Mar 2018 09:29:00 226 0

Mərkəzi Bank Rəqəmsal İdentifikasiya Sisteminin yaradılmasına başlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) blokçeyn əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi (lot-1), texniki platformanın satın alınaraq qurulması (lot-2) və sözügedən sistemin formalaşdırılması (lot-3) üçün açıq tender elan edib.

Son.az report-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 30-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 10-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim etməlidirlər.