Bakıda sərnişin avtobusu 60 yaşlı qadını vuraraq öldürüb


Digərləri 19 Mar 2018 08:20:00 243 0

Bakıda sərnişin avtobusu 60 yaşlı qadını vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda, Bakı-Şamaxı yolunda qeydə alınıb.

Belə ki, 114 saylı marşrut avtobusunun Aslan adlı sürücüsü yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən Baki şəhər sakini, 1958-ci il təvəllüdlü Kərimova Bibixanim Əlislam qızını vurub. Nəticədə o, ağır xəsarət alıb.

Yaralı qəzanı törədən sürücü tərəfindən avtobusla 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.