Həzrət Musanın bacısı da peyğəmbər idi?


Digərləri 18 Mar 2018 22:15:00 334 0

Həzrət Musanın bacısı da peyğəmbər idi?

Tövratda yazılıb ki, Həzrət Musa Peyğəmbərin (ə) bacısı da peyğəmbər olub. Bu məlumat doğrudurmu?

Həqiqətən, Tövratda bu cür məlumata rast gəlirik. Tövratın "Çıxış" kitabında, 15-ci fəsildə Həzrət Musanın (ə) bacısı Mariam (və ya Miriam) "peyğəmbər qadın" adlandırılır. Bəni-İsrailin dənizdən keçməsindən və onları izləyən fironun suda qərq olmasından sonra Mariam Bəni-İsrail qadınları ilə birlikdə Allaha dualar edib zikrlər deyibmiş.