Qəzəbin kontrolu üçün


Digərləri 18 Mar 2018 21:50:00 271 0

Qəzəbin kontrolu üçün

İmam Sadiq(ə) şərif bir hədisdə belə buyurur:

أَلْغَضَبُ مِفْتاحُ کُلِّ شَرٍّ

"Qəzəb bütün pisliklərin açarıdır."[1]

Son.az maide.az-a istinadən bildirir ki, qəzəb və əsəb insitnktiv bir hiss olsa da, onun kontrolda saxlanılması zəruridir. Fərdi və ictimai araşdırmalar göstərir ki, nə çox insan bir anlıq əsəbə görə özü və digərinə böyük zərbələr endirmiş, acı hadisələrin törənməsinə səbəb olmuşdur. Elə buna görə də, vəhy və nübüvvət xanədanı "اجتَنِبِ الغضب" (Qəzəblənməkdən çəkinin!)[2] - təbiri ilə insanları qəzəblənməkdən çəkindirmişlər. Əmirəlmöminin Əli (ə) buyurur:

الغضبُ نارٌ مُوقَدة، مَن كَظَمَه أطفأَها، ومَن أطلَقَه كان أوّلَ مُحتَرِقٍ بها

"Qəzəb yanar oddur ki, kim onu cilovlasa, odu söndürmüşdür, kim onu sərbəst buraxsa, odun yandıracağı birinci şəxs elə onun özü olacaqdır."[3]

O həzrət başqa bir hədisdə belə buyurur:

اَلغَضَبُ یُردِی صَاحِبَهُ وَ یُبدِی مَعَایِبَهُ

"Qəzəb öz sahibini məhv edir və eyibləri üzə çıxarır."[4]

Qəzəb və əsəbin ən yaxşı dərmanı onun kontrolda saxlanılmasıdır; yəni insan elə bir iş görməlidir ki, dini etiqadlara söykənmək və əxalqi göstərişlərə riayət etməklə öz həyatına aramlıq bəxş edə bilsin. İslam Peyğəmbəri (s) ən gec əsəbiləşən və ən tez razılaşan insanı ən yaxşı insan kimi tanıtdırır və buyurur:

الا اِنَّ خَیرَ الرِّجالِ مَن کانَ بَطیءَ الغَضَبِ سَریعَ الرِّضا

"Bilin ki, insanların ən yaxşı gec əsəbiləşən və tez razılaşan (barışan) insandır."[5]

Qəzəb və əsəbin kontrolu və aradan qaldırılması üçün İslamda bir sıra göstərişlərə əməl etmək tövsiyə olunur:

1. Əsəb zamanı dəstəmaz almaq və qüsl etmək: Peyğəmbəri-Əkrəm (s) buyurur:

إِنَّ الْغَضَبَ مِنْ الشَّیْطَانِ وَإِنَّ الشَّیْطَانَ خُلِقَ مِنْ النَّارِ وَإِنَّمَا تُطْفَأُ النَّارُ بِالْمَاءِ فَإِذَا غَضِبَ أَحَدُکُمْ فَلْیَتَوَضَّأْ

"Həqiqətən, əsəbiləşmək şeytandandır və şeytan da oddan yaranmışdır. Od isə su ilə söndürülər. Elə isə sizdən hər hansı biriniz əsəbiləşərsə, dəstəmaz alsın."[6]

Başqa bir hədisdə isə belə buyurur:

فَاِذا غَضِبَ اَحَدُکُمْ فَلْیَغْتَسِل

"Sizdən hər hansı biriniz əsəbiləşərsə, qüsl etsin."[7]

Müasir tədqiqatçıların mülahizələrinə görə, suyun insana aramlıq bəxş etmə təsiri olduqca böyükdür.

2. Əsəb zamanı məkan və mövqeyin dəyişdirilməsi əsəbin kontrolu üçün çox önəmlidir: Məsələn bir hədisdə imam Sadiq (ə) buyurur:

أيُّمَا رَجُلٍ غَضِبَ وَ هُوَ قَائِمٌ فَلْيَجْلِس