Avtomobilini kimyəvi təmizləməyə aparan


Digərləri 18 Mar 2018 21:11:00 406 0

Avtomobilini kimyəvi təmizləməyə aparan

Əgər maşınınızın salonu qab şampunu və ya yuyucu tozu ilə təmizlənərsə, əlavə xərcə düşə bilərsiniz.

Avtomobilinin salonunun çirkli olduğunu görən, şəxs onu kimyəvi təmizləmə etdirib. Ancaq çox keçməyib ki, maşının salonunda bir sıra problemlər yaranmağa başlayıb.

Mütəxəssislər bildirirlər ki, kimyəvi təmizləmənin qeyri-peşəkarlar tərəfindən edilməsi və lazımı mayelərdən istifadə edilməməsi bu kimi halların yaranmasının başlıca səbəbləridir. Uzun illərdir avtomobillərin kimyəvi təmizləməsi ilə məşğul olan Rövşən Rəhimovun sözlərinə görə,bu işdə bir mənalı olaraq qab yuyan şampunlardan və yuyucu tozlarından istifadə etmək olmaz.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, kimyəvi təmizləmə zamanı mütləq sertifkatlaşdırılmış dərman və mayelərdən istifadə edilməlidir.

Rövşən Rəhimov deyir ki, avtomobillərin 1 ildən 1 kimyəvi təmizləmə edilməsi gigyenik baxımdan məsləhətlidir. Bir avtomobilin tam şəkildə salonunun kimyəvi təmizləməsi prosesi təxminən 12 saat çəkir və bu avtomobilin çirklilik vəziyyətindən asılı olaraq, 100-200 manata başa gəlir.


Xəbərə aid video