Stiven Hokinq haqqında


Digərləri 18 Mar 2018 21:15:00 313 0

Stiven Hokinq haqqında

Dünən dünyasını dəyişən ingiltərəli astrofizik Stiven Hokinq dünyanın fəaliyyətini maraqla izlədiyi azsaylı elm adamlarından biri idi.

Son.az lent.az-a və technote.az-a istinadən alimin həyatından maraqlı faktları təqdim edir.

- Stiven Hokinq 8 yanvar 1942-ci ildə Oksfordda dünyaya gəlmişdi. Qalileo Qalileyin ölümündən düz 300 il sonra.

- 22 yaşında Stivendə hərəkəti əlaqələndirən sinir hüceyrələrinin nadir xəstəliyi aşkar olunur. Birinci arvadı Ceyn ilə evlənməyə hazırlaşdığı dövrdə həkimlər onun çox yaşamayacağını proqnoz ediblər. Cütün ailə həyatı 26 il davam edib, onların 3 övladı doğulub.

- Məktəbdə Stiven orta səviyyədə oxusa da riyaziyyatda yaxşı nəticələr əldə edirdi və əlavə olaraq kimya ilə maraqlanırdı. 9 yaşında olanda onun dərslər üzrə qiymətləri sinifdəki ən bərbad qiymətlər idi. Buna baxmayaraq, müəllimlər onun dahiliyinə inanırdılar. Buna görə də məktəbdə o, "Eynşteyn" ləqəbinə layiq görülmüşdü.

- Stası istəyirdi ki, Stiven tibb ilə məşğul olsun. Lakin Stivenin biologiyaya həvəsi yox idi. O, biologiyanı həddindən artıq dəqiq olmayan bir elm hesab edirdi. Nəticədə o, Oksfordda hissəciklərin nəzəriyyəsi və kosmologiya ilə məşğul olmağa başladı. Belə ki, bu sahələr insanlar tərəfindən az öyrənilmişdi və böyük imkanlar vəd verirdi.

- Kral Cəmiyyətinin görüşündə Stiven birdən məşhur astrofizik Fred Hoylun mühazirəsini dayandırmışdır. O bunu Fredin səhv etdiyini söyləmək üçün etmişdi. Onun bu səhvi necə tapdığını soruşduqda isə belə cavab vermişdi: "Sadəcə olaraq mən bütün bunları başımda hesabladım".

- 1970-ci illərdə Stiven öz əsas kəşflərini etmiş və bəlkə də kosmologiyaya ən vacib töhfəni vermişdi: Hokinq şüalanmalarının kəşfi (qara dəliklər enerji ifraz edir və həmin enerji bitənə qədər bu proses davam edir).

- 1980-ci illərdə Stiven professor Ceyms Hartle ilə birlikdə zaman və məkanda sərhədlərin olmadığı kainat modelini təqdim etmişdi. Həmin kainat konsepsiyası həmçinin Stivenin "Zamanın qısa tarixi" kitabında da əks olunmuşdu. Həmin kitab bütün dünya üzrə 25 milyonluq tirajla satılmışdı. Stiven kainatı Yer kürəsinə bənzədirdi. Belə ki, Yer kürəsinin hansı nöqtəsinə gedirsən get onun kənarı yoxdur. Lakin planet yalnız ikiölçülü fəzada, kainat isə dördölçülü fəzada mövcuddur.

- 1985-ci ildə Stiven pnevmoniya xəstəliyinə tutuldu. Onun vəziyyəti o dərəcədə ağır idi ki, həkimlər onun həyatı dəstəkləyən aparatla əlaqəsini dayandırmaq istəyirdilər. Həyat yoldaşı Ceyn bu fikirdən imtina etmişdi. Nəticədə Stivenin həyatını qurtarmaq üçün onun üzərində traxeotomiya əməliyyatı aparılmışdı. Bu əməliyyat nəticəsində o, danışa bilmək qabiliyyətini itirdi və həmin vaxtdan insanlarla səs sintezatoru vasitəsilə ünsiyyət saxlamağa başladı.