Nardaran mayakı - "Yol əhvalatı", Fransa istehsallı fənər (FOTO)


Digərləri 18 Mar 2018 20:37:20 289 0

Nardaran mayakı - "Yol əhvalatı", Fransa istehsallı fənər (FOTO)

Əksəriyyətimiz məşhur “Yol əhvalatı”na baxmışıq və hələ də sevə-sevə seyr edirik.

Bəxtiyar Hacıyev – Əksəriyyətimiz məşhur "Yol əhvalatı"na baxmışıq və hələ də sevə-sevə seyr edirik. Amma bu filmdə bir çoxlarımızın bəlkə də əhəmiyyət vermədiyi və ya nəzərdən qaçırdığı bir epizod var. Bu epizodda görünən ikimərtəbəli bina Abşeron yarımadasındakı üç mayakdan biri - Nardaran mayakıdır. Mayakın binası Nardaran qəsəbəsində yüksək qayalıq ərazidə inşa olunub. Binanın daxilində, mayakın işığının quraşdırıldığı hissədə yerləşdirilmiş lövhədən aydın olur ki, mayakın fənəri 1882-ci ildə Parisdə "Barbier & Fenestre" şirkəti tərəfindən konstruksiya olunub. İki il sonra, yəni 1884-cü ildə isə fənər Bakıya gətirilərək bu binada quraşdırılıb. Mayak əvvəllər konkret istiqamətə, 1983-cü ildə aparılan yenidənqurma işlərindən sonra isə dənizə dairəvi şəkildə işıq salmağa başlayıb.