Cəlilabadda avtomobil piyadanı vurub


Digərləri 18 Mar 2018 20:21:00 236 0

Cəlilabadda avtomobil piyadanı vurub

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.