Səhnəyə çıxan ilk türk qadın –


Digərləri 18 Mar 2018 19:29:00 299 0

Səhnəyə çıxan ilk türk qadın –

Ötən günlərdə final edən "Fi Çi" serialında adı keçən ilk türk qadın aktrisa Afife Jalenin kimliyi yenidən gündəmə gəlib.

Serialda Serenay Sarıkayanın canlandırdığı "Duru" obrazı "Afife" adlı musiqili tamaşada baş rolu oynamaq üçün çabalayırdı və nəhayət arzusuna yetdi.  Serial bitsə də, "Afife" insanların diqqət mərkəzindədir.

Bəs Afife Jale kimdir?

Son.az oxu.az-a istinadənAfifenin idealları uğruna ehtirasla bağlı olduğu səhnə həyatını və faciəvi sonunu təqdim edir.

Afife 1902-ci ildə İstanbulda dünyaya gəlib. 10 noyabr 1918-ci ildə Darülbedayiyə (İstanbul Bələdiyyəsinə bağlı olan ilk teatr) tələbə olaraq qəbul olunan Beyza, Refika, Behire və Memduha adlı beş qızdan biri idi.

Afife və Refika xaric o biri qızlar dayana bilməyib, "Onsuzda səhnəyə çıxa bilməyəcəyik" deyərək teatrdan uzaqlaşmışdılar.

Afife Jale isə müsəlman qadınların səhnədə olmasının günah hesab edildiyi və qadağan olunduğu bir dönəmdə çox çətin bir yol keçmişdi.

Eyni ilin 18 dekabr günü Refika teatrın suflyor ( səhnənin görünməyən bir yerindən sözlərini unudan aktyorlara fısıldayaraq xatırladan işçi), Afife isə praktikant aktyor bölməsinə qəbul edilir.

Afife bir il müddətində məşqlərə davam etsə də, səhnəyə çıxa bilmirdi. Digər tərəfdən isə Refika səhnə arxasında çalışan ilk türk qadın olmuşdu.


Xəbərə aid fotolar