110 kV, 220 kV Hansı daha sərfəlidi?


Digərləri 18 Mar 2018 19:09:00 255 0

110 kV, 220 kV  Hansı daha sərfəlidi?

Dünyanın bir çox ölkəsi enerji təchizatında 110 kV-luq elektrikötürücü xətlərə üstünlük verməyə başlayıb. Xüsusilə qlobal iqtisadiyyatın super gücləri hesab edilən Amerika, Kanada və Yaponiyada fərdi evlərdən başqa, bütün yaşayış binalarının enerji təchizatının 110 kV-luq elektrikötürücü xətlərlə həyata keçirilməsi bu prosesə stimul verir. Qeyd edək ki, hazırda Azərbaycanda enerji təchizatı 110-220 kV-luq elektrikötürücü xətlərlə həyata keçirilir. Sual doğuran 110 kV-luq elektrikötürücü xətlərin üstünlüyünün nədən ibarət olmasıdır.

Niyə 110 kilovatt?

Əslində 110 kV-luq elektrikötürücü xətlərdən istifadə edən ölkələrin texnologiyalarının köhnə olduğu irəli sürülür. Bildirilir ki, sistemin dəyişdirilməsi çətin və yüksək maliyyə tələb edən prosesdir. Lakin söhbət Amerika və Yaponiya kimi iqtisadiyyatları güclü dövlətlərdən getdiyindən bu əsaslandırma elə də inandırıcı görünmür. Xüsusilə nəzərə alsaq ki, təhlükəsizlik baxımdan 110 kV-luq elektrikötürücü xətlərin üstünlüyü daha çoxdur, sözügedən dövlətlər məhz bunu nəzərə alaraq, bu sistemdə qalıb. Əbəs deyil ki, 220 kV-luq elektrik ötürücüsünün istifadə edildiyi Avropada da tikinti sahələrində təhlükəsizlik tədbirləri kimi müvəqqəti olaraq, 110 kV-luq xətlərdən istifadə edilir. Bir statistikanı da qeyd edək ki, bu gün dünya üzrə tikinti sektorunda tok vurmasından ölüm halları yıxılaraq həlak olanların sayından sonra ikinci sıradadır. Təkcə 2005-2009-cu illərdə aparılan araşdırmalara görə, tikinti sektorunda ölümlə nəticələnən qəzaların 12, 2 faizi tok vurmasında baş verib (publika.az).

Bəs necə oldu ki, Amerika 110 kV-luq elektrikötürücü xətlərdən istifadə etdi. Sualın gözlənilməyən cavabı var. Birincisi, bu iki alim arasında savaşın nəticəsi kimi göstərilir. Belə ki, elektrik enerjisindən istifadə edilməyə başlandığı 19-cü əsrin əvvəllərində Nikola Tesla (müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu) və Henrix Hers (alman fiziki) arasında anlaşılmazlıq yaranır. Tesla 110 kV/60 Hz-lıq paylayıcının, Hers isə 220 kV/50 Hz-n daha sərfəli olduğunu irəli sürür. Birinin təklifini Amerika, digərininkinisə Avropa qəbul edir.

Daha bir versiya Tomas Alva Edison (dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar) ilə Corc Vestinqauz (dəmir yolu hava tormozunu ixtira edən amerikalı sahibkar) arasında "enerji müharibələri" kimi məlum olan dünya tarixinin ən məşhur biznes mübarizəsidir. 19-cu əsrin sonlarında Edisonun Nyu-York şəhərini elektrik enerjisi ilə təmin etmək üçün qurduğu sistem doğru axınla və 110 voltla işləyirdi. Ancaq doğru axın xətlərini uzaqlara aparmaq mümkün deyildi, qısa məsafələrdə isə böyük güc itkisinə uğrayırdı.

Yenə eyni tarixlərdə çox zəngin və nüfuzlu iş adamı olan Vestinqauz alternativ axın texnologiyasının inkişafına sərmayə qoymağa başlayır. Alternativ axında itkilər çox az olduğundan elektrik stansiyaları axar su, kömür mədəni kimi qaynaqların yaxınında qurulurdular. Elektriki çox uzaqlara ötürmək olurdu. Vestinqauz Niaqara şəlaləsindən elektrik əldə edib çox ucuz qiymətə Nyu-Yorka satmağa başlayır. Edison buna cavabsız qalmır. Alternativ axının insan həyatı üçün təhlükəli olduğunu göstərməyə çalışır. Amma səyləri boşa çıxır. Elektrik enerjisi istehsalı tamamilə alternativ axın və 110 voltla ötürülür. Sonrada Vestinqauza 220 kV-lıq 50 Hz-n sərfəli olduğu bildirilsə də, biznesmen buna imkan vermir. Çünki o həm də mis kabel istehsalçısı idi. Aşağı voltlu xətlər isə mis kabellərlə çəkilirdi.

Göründüyü kimi, kənardan böyük seçim kimi görünən bu vəziyyətin kökündə sadəcə, kimlərinsə biznes maraqları dayanır. Son illərin araşdırmalarına görə, 110 kV /60 Hz nə qədər təhlükəsiz olsa da, ən uyğun paylaşdırıcı 220 Kv/ 50 Hz hesab edilir.

Amerika istehsallı elektrik əşyaları Avropada işləmir