Kabildə partlayış:


Dünya 18 Mar 2018 18:31:15 226 0

Kabildə partlayış:

Əfqanıstanın paytaxtı Kabildə əldəqayırma partlayıcı qurğunun yol kənarında parladılması nəticəsində azı iki dinc sakin həlak olub.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə "The Khaama Press" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da Paqman rayonunda baş verib. Daxili İşlər Nazirliyinin rəsmi nümayədəsi Nüsrət Rahimi bildirib ki, hadisə zamanı azı 1 nəfər xəsarət alıb.