Bakı sərnişin stansiyasında Novruz şənliyi (FOTO)


Digərləri 18 Mar 2018 18:04:00 231 0

Bakı sərnişin stansiyasında Novruz şənliyi (FOTO)

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər

Bakı. Maksim Tsurkov - Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Novruz Bayramı günlərində - 20-27 mart 2018-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib. “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, martın 18-də Bakı sərnişin stansiyasında sərnişinlərin və dəvət olunmuş valideyn himayəsindən məhrum olan, daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi keçirilib. Novruz şənliyinin təşkilində Referans Klinik Laboratoriya Mərkəzi və KFC restoranlar şəbəkəsinin kollektivləri yaxından iştirak ediblər.