Bakıda şəhid lövhəsi təhqir olundu FOTO


Digərləri 18 Mar 2018 16:49:53 311 0

Bakıda şəhid lövhəsi təhqir olundu  FOTO

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.

Son.az bildirir ki, bu haqda oxu.az-a şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.

Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan - Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.

"Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaç çəkib", - deyə Xəqani Aslanovun oğlu bildirib.

Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.


Xəbərə aid fotolar